AZ

Ermənistanda icma rəhbəri öldürülüb

ain.az bildirir, Qafqazinfo saytına əsaslanaraq.

Ermənistanda icma rəhbəri güllələnərək öldürülüb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ermənistan DİN məlumat yayıb.

Bildirilib ki, sentyabrın 23-də saat 23:52-də İrəvan şossesinin Armavir vilayətinin Merdzavan kəndi ərazisindən keçən hissəsində atəş səslərinin eşidilməsi barədə polisə məlumat daxil olub.

İlkin məlumata görə, iki nəfər ölüb, bir nəfər yaralanıb. Ölənlər arasında Parakar icmasının rəhbəri Volodya Qriqoryan da var.

Polis hadisənin bütün hallarını aydınlaşdırmaq üçün tədbirlər görür.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
11
qafqazinfo.az

1Mənbələr