AZ

Ceyhun Bayramov Qlobal İnkişaf Təşəbbüsü üzrə yüksək səviyyəli görüşdə çıxış etdi

BAKI, 24 sentyabr. TELEQRAF

Xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda keçirilən Qlobal İnkişaf Təşəbbüsü üzrə yüksək səviyyəli görüşdə çıxış edib.

Teleqraf xəbər verir ki, nazir bu barədə "X" sosial şəbəkə hesabında paylaşım edib.

"Azərbaycan Çin tərəfindən irəli sürülmüş Qlobal İnkişaf Təşəbbüsünü, Qlobal Təhlükəsizlik Təşəbbüsünü və Qlobal Sivilizasiya Təşəbbüsünü dəstəkləyir. Bu təşəbbüslər dünyada sülhü, sabitliyi və ümumi rifahı təşviq edir, bizim məqsədlərimizlə sıx şəkildə uzlaşır və qlobal çağırışlarla mübarizədə əməkdaşlığa və inklüzivliyə əsaslanan yanaşmamızı əks etdirir.

Regionda etibarlı tərəfdaş kimi Azərbaycan beynəlxalq və regional sülhün qorunmasına fəal töhfə verir", - paylaşımda deyilir.

Seçilən
28
3
teleqraf.com

5Mənbələr