AZ

Kolumbiya Prezidenti: Tramp Karib dənizindəki hücumlara görə məhkəmədə cavab verməlidir

BAKI, 24 sentyabr. TELEQRAF

Karib dənizində üzən qayıqlara hücumlara görə ABŞ rəsmilərinə və Prezident Donald Trampa qarşı məhkəmə araşdırması başladılmalıdır.

Teleqraf xəbər verir ki, bu sözləri Kolumbiya Prezidenti Qustavo Petro BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxış edərkən söyləyib.

“Karib dənizində raket zərbələri ilə öldürülənlər bəlkə də burada heç kimin haqqında eşitmədiyi Tren de Araqua bandasının və ya hər hansı başqa qruplaşmanın üzvləri deyildilər. Onlar Karib bölgəsinin sakinləri, bəlkə də kolumbiyalılar idilər. Əgər öldürülən şəxslər kolumbiyalılardırsa, BMT rəhbərliyinə hörmətimə rəğmən deməliyəm ki, ABŞ rəsmilərinə qarşı cinayət prosesi başladılmalıdır. O cümlədən hücum əmrini verən yüksək vəzifəli şəxsə - yoxsulluqdan xilas olmağa çalışan gənclərin raket atəşinə tutulmasına icazə verən Prezident Trampa qarşı da”, - Petro bildirib.

Kolumbiya Prezidenti qayıqdakı gənclərin narkotik maddə alverçiləri olmadıqlarını iddia edib.

“Onlar Latın Amerikasından, başqa seçimi olmayan sadə, kasıb gənclər idi. Narkotik maddə alverçiləri başqa yerlərdə yaşayırlar. Həmin yer Latın Amerikası deyil. Əsl narkotik maddə alverçiləri Nyu-Yorkda, məhz burada, bir neçə kvartal o tərəfdə və Mayamidə yaşayırlar", - Qustavo Petro bildirib.

Seçilən
22
teleqraf.com

1Mənbələr