1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Yeni "Lemmon" kometası oktyabrın 21-də Yerə ən yaxın məsafədən keçəcək.
Oxu.Az bildirir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiya Laboratoriyası məlumat yayıb.
"Oktyabrın 3-də göy cismi 150 milyon km, oktyabrın 21-də isə Yerdən ən yaxın məsafə - 90 milyon km-dən keçəcək", - laboratoriyanın "Telegram" kanalında qeyd olunub.
Bildirilir ki, kometa 10-14 gün ərzində beşinci maqnitudaya çatacaq ki, bu da onu ulduzlu səmada binoklla müşahidə etməyə imkan verəcək.