AZ

Dövlət Departamenti: Xəzər regionu ABŞ-ın siyasət strategiyası üçün həssas nöqtədir

Cənubi Qafqaz və Mərkəzi Asiya da daxil olmaqla daha geniş Xəzər regionu ABŞ-ın siyasət strategiyası üçün həssas nöqtədir.

Operativ Media-nın məlumatına görə, bu sözləri ABŞ Dövlət katibi müavininin baş müşaviri Kaleb Orr Xəzər Siyasət Mərkəzinin Nyu-York şəhərində keçirdiyi 6-cı Xəzər Biznes Forumunda deyib.

O bildirib ki, bu, qısamüddətli maraq nöqtəsi deyil, uzunmüddətlidir. “Birləşmiş Ştatların investisiya qoymaq və qurmaq üçün mühüm strateji maraq kimi gördüyü bir sahədir. ABŞ uzun illərdir ki, regiona sərmayə qoyub. Son 30 ildə bölgəyə 30 milyarddan çox sərmayə yatırıb”, - deyə Dövlət Departamentinin rəsmisi əlavə edib.

Seçilən
63
3
operativmedia.az

4Mənbələr