AZ

Xətai rayonunda yol-nəqliyyat hadisəsi baş verdi - Sıxlıq yarandı

BAKI, 24 sentyabr. TELEQRAF

Xətai rayonu, Babək prospekti ilə Məhəmməd Hadi küçəsinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Teleqraf-a verilən məlumata görə, qəza səbəbindən Mikayıl Əliyev küçəsi istiqamətində nəqliyyatın hərəkətinə qısamüddətlı məhdudiyyət tətbiq edilib.

Hazırda mərkəz istiqamətində sıxlıq yaranıb.

Polis əməkdaşları tərəfindən nəqliyyatın hərəkətini bərpa etmək üçün zəruri tədbirlər görülür.

Seçilən
10
teleqraf.com

1Mənbələr