AZ

Dünya çempionatında yenidən komanda sayı artırıla bilər təklif

futbolpress-az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

FIFA 2030-cu ildə keçiriləcək dünya çempionatında 64 komandanın iştirakını planlaşdırır.

Futbolpress.az xəbər verir ki, bu barədə “Ole” nəşri məlumat yayıb. Cənubi Amerika Futbol Konfederasiyası (CONMEBOL) quruma komanda sayının rekord sayda artırılmasını təklif edib. FIFA bunu müsbət dəyərləndirir.

Belə olacağı halda, turnir qrup formatında olacaq və 16 qrupun hərəsində 4 komanda yer alacaq. Pley-off mərhələsinə isə hər qrupdan iki ən yaxşı kollektiv yüksələcək. Format hələ təsdiqlənməyib.

2026-cı ildə keçiriləcək dünya çempionatında ilk dəfə 48 komanda yarışacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
17
futbolpress.az

1Mənbələr