AZ

Azərbaycanla daha iki ölkə ilə viza ilə bağlı saziş imzalanıb

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində qvineya-bisaulu həmkarı Karlos Pinto Pereyra ilə görüşüb.

Bu barədə C. Bayramov “X” sosial media hesabında paylaşım edib.

NAzir bildirib ki, görüşdə ikitərəfli əməkdaşlığın gücləndirilməsi, siyasi dialoqun genişləndirilməsi və çoxtərəfli çərçivələrdə daha möhkəm əlaqələrin qurulması yolları müzakirə edilib.

Görüş zamanı həmçinin “Qvineya-Bisau Respublikası Hökuməti ilə Azərbaycan Respublikası Hökuməti arasında diplomatik, xidməti və xüsusi pasport sahiblərinin viza tələblərindən azad edilməsi haqqında Saziş” imzalanıb.

 

 

 

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Cibuti Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq naziri BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində Nyu-Yorkda Cibuti Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Əbdülqadir Ömərlə görüşüb.

Bu barədə C. Bayramov “X” sosial media hesabında paylaşım edib.

“Biz siyasi, iqtisadi, ticarət, humanitar və təhsil sahələrində ikitərəfli əməkdaşlığın dərinləşdirilməsi perspektivlərini, həmçinin çoxtərəfli platformalarda tərəfdaşlığı müzakirə etdik”, – nazir paylaşımda bildirib.

O qeyd edib ki, görüşdə 2026-cı ildə Bakıda keçiriləcək İslam Əməkdaşlıq Təşkilatı sammiti və Azərbaycanın sədrliyinin bu əməkdaşlığı gücləndirmək üçün yeni imkanlar yaratdığı qeyd olunub.

Ceyhun Bayramov bildirib ki, görüş zamanı “Azərbaycan Respublikası Hökuməti ilə Cibuti Respublikası Hökuməti arasında diplomatik və xidməti pasport sahiblərinin viza tələblərindən azad edilməsi haqqında Saziş” imzalanıb.

Seçilən
56
12
banker.az

10Mənbələr