AZ

Pazl yığmağın gizli faydaları açıqlandı

Pazl yığmaq tək əyləncə deyil, həm də beynin effektiv məşqidir və demensiya riskini əhəmiyyətli dərəcədə azalda bilər.

Bu barədə britaniyalı professor Roksi Karer bəyan edib.

Onun sözlərinə görə, pazl yığarkən beyin bir neçə əsas bölgəni eyni anda işə salır: görmə, assosiativ və yaddaş funksiyalarından məsul zonalar aktiv olur. Bu kompleks fəaliyyət beynə qan axınını artırır, hətta zədələnməyə başlayan damarları da qidalandırır. Nəticədə, koqnitiv funksiyalar daha uzun müddət qorunur.

Professor həmçinin pazl yığmağın sosial faydalarına diqqət çəkir. Xüsusilə yaşlı insanlar üçün birgə pazl yığmaq təkcə zehni fəaliyyəti gücləndirmir, eyni zamanda tənhalığı aradan qaldırır və sosial əlaqələri möhkəmləndirir.

"Beləliklə, sadə bir məşğuliyyət həm beyninizi gücləndirir, həm də gündəlik həyatınızı daha zəngin edir. Pazl yığmaq həm əyləncə, həm də sağlamlıq üçün əla vasitədir", - deyə mütəxəssis sözlərini yekunlaşdırıb.

Oxu.Az

Seçilən
9
2
ikisahil.az

3Mənbələr