Olke.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
ABŞ alimlərinin yeni araşdırmasına görə, kofein 9–10 yaşlı uşaqların beyin fəaliyyətinə əhəmiyyətli təsir göstərmir.
Ölkə.Az xəbər verir ki, tədqiqat "PLOS One" jurnalında dərc olunub.
Kofein böyüklərdə diqqət və daxili düşüncə ilə bağlı beyin şəbəkələrinin fəaliyyətini dəyişdirə bilər. Lakin 4673 uşaq üzərində aparılan funksional MRT analizləri göstərib ki, həm təsadüfi, həm də müntəzəm kofein qəbulu uşaqların diqqət və daxili düşüncə şəbəkələri arasındakı əlaqəyə təsir etmir.
Tədqiqat müəllifi, Şimali Karolina Universitetinin professoru Orrin Uer qeyd edib ki, yaş və cins faktorları nəzərə alındıqda, kofein istifadəsi ilə beyin şəbəkələri arasındakı anti-korrelyasiya arasında heç bir əlaqə müşahidə olunmayıb.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.