BAKI, 24 sentyabr. TELEQRAF
“Venesuela BMT tərəfindən qınanılan və Cənubi Amerikada müharibəyə çevrilə biləcək (ABŞ-dən – red.) təhdidlərə müqavimət göstərir”.
Teleqraf xəbər verir ki, bunu Venesuela Prezidenti Nikolas Maduro deyib.
Prezident bəyan edib ki, Venesuela qanun və milli institutlar vasitəsilə beynəlxalq hüququ kobud şəkildə pozan və bütün dünyada mənfi reaksiyaya səbəb olan təhdidlərlə, Birləşmiş Millətlər Təşkilatına, Latın Amerikası və Karib hövzəsi ölkələrinə qarşı artan düşmənçiliklə üz-üzədir. O vurğulayıb ki, Venesuelaya qarşı saxta ittihamlar Cənubi Amerikada fəlakətli müharibəyə çevrilmək təhlükəsi daşıyır.
Maduro qeyd edib ki, Latın Amerikası ölkələrində və Amerika ictimaiyyəti arasında Venesuela xalqına dəstək artmaqdadır:
“Venesuela ölkənin sabitliyinə və suverenliyinə təminat vermək üçün istənilən inkişafa hazırdır”.