BAKI, 24 sentyabr. TELEQRAF
Ermənistanın Rusiya ilə “İttifaq Dövləti”ndə birləşməsinə çağıran Gümrü şəhərinin meri Vardan Qukasyan həbs oluna bilər”.
Teleqraf xəbər verir ki, bu barədə “Joqovurd” qəzeti məlumat yayıb.
Nəşrin yazdığına görə, o, artıq müvafiq qurumlara Qukasyanla bağlı araşdırma aparmaq əmri verib.
Nikol Paşinyan dünən apreldə Gümrü şəhərində keçirilən mer seçkilərinin saxtalaşdırıldığını bəyan edib.
“Aidiyyəti qurumlar niyə Gümrüdəki hadisələrə diqqət yetirmirlər? Seçkilər zamanı rüşvət paylanılıb, bundan sonra kimsə 100 səs fərqi ilə mer seçildi, amma heç kim etiraz aksiyası keçirmədi ki, müxalifət necə rüşvət paylayıb, özünə mer seçib?”.
“Joqovurd” hesab edir ki, Paşinyan bu sözləri ilə faktiki olaraq hüquq-mühafizə orqanlarına Gümrü şəhərinin müxalifət meri Vardan Qukasyanı həbs etmək üçün yol xəritəsi verib.
Qeyd edək ki, Vardan Qukasyan bundan əvvəl Ermənistanın bütün gücüylə Rusiya ilə “İttifaq Dövləti”ində birləşməli olduğunu söyləmişdi:
“Bütün Avropa birləşdiyi kimi, Çin və Rusiya da ittifaq yaradır. Ermənistan nəyi gözləyir? Mən demirəm ki, biz Pyatiqorsk və ya Ulyanovsk vilayəti olaq, mən deyirəm ki, bütün gücümüzlə Rusiya ilə ittifaq yaratmalıyıq”.
Ermənistan Kommunist Partiyasının üzvü, rusiyayönlü siyasətçi Vardan Qukasyan apreldə Gümrüdə keçirilən mer seçkilərində qalib gəlib.