AZ

Roberto Martinesin evi qarət olundu

Portuqaliya millisinin baş məşqçisi Roberto Martinesin evi qarət edilib. 

Fanat.Az xəbər verir ki, informasiyanı "A Bola" yayıb.

Mənbənin məlumatına görə, quldurluq hadisəsi şənbə günü çalışdırıcının Kaşkayşedəki evində yaşanıb.Cinayətkarlar evə soxularaq dəyəri bir milyon avrodan çox olan qızıl-zinət əşyaları və saatlar oğurlayıblar. Basqın zamanı içəridə yalnız ev qulluqçusu olub. O, həmin vaxt zirzəmidə olub və oğruların içəri girdiyini hiss etməyib. Lakin sonradan qarətdən xəbər tutaraq ev sahiblərinə məlumat verib. 

Portuqaliya millisi finalı 2026-cı ildə keçiriləcək dünya çempionatına inamlı başlayıb. Martinesin komandası Ermənistan və Macarıstanı məğlub edərək seçmə qrupa liderdir. Portuqaliyalılar qrup mərhələsində İrlandiya ilə də qarşılaşacaqlar.

Mirağa

Seçilən
20
fanat.az

1Mənbələr