AZ

Direktor müavininin şagirdi və xadiməni döyməsi ilə bağlı RƏSMİ AÇIQLAMA

Lənkəran rayonunda şagird və xadiməyə zorakılıq edən direktor müavininin görüntüləri yayılıb. 

Məlumata görə, hadisə M.Qarayev adına Zövlə kənd orta məktəbində baş verib.

Modern.az məsələ ilə əlaqədar Daxili İşlər Nazirliyi ilə əlaqə saxlayıb.

Qurumun Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib ki, hadisə bu ilin mart ayında baş verib.

Tərəflərin cari ilin mart ayının 14-də daxil olmuş müraciətləri əsasında Lənkəran Şəhər Rayon Polis Şöbəsində araşdırma aparılıb.

Qeyd edilib ki, faktla bağlı müvafiq ekspertizalar təyin edilib və digər prosessual hərəkətlər həyata keçirilib.

“Məhkəmə tibbi ekspertizasının rəyi, tərəflərin şikayət və tələbinin olmadığı nəzərə alınaraq toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilib”,- məlumatda deyilir.

 

Seçilən
29
5
modern.az

6Mənbələr