ain.az, Adelet.az portalına istinadən məlumat yayır.
Sarı simi elə çəkdin, bir anda -Kökdən düşdü ürəyimin havası!Yanındayam, sonumacan hər yanda Bitməsə də ikimizin davası!
Köklərini kəsmək çəhdin bir əzab...Bu sevgini Allah verib, - unutma! Mənə qarşı yükləndiyin qəzəbi - Ürəyinə yük eləyib - qurutma!
Həyatımız sirr deyilki Allaha - Nəyi onun yaddaşından silirsən? Unutmaqla batıb axı günaha, Yaradanı aldadamı bilərsən?!
İbadət də, diz çökmək də, inanc da -Özəl haqqdı, yar!- deyəni öldürmə !..Yaşanılmış sevgiyə bax, bu yaşda - Gəl, Allahı özümüzə güldürmə!
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.