Bakı.Trend:
III Beynəlxalq Statistika Forumunda 19 ölkə iştirak edir.
Trend xəbərverir ki, bunu bu gün III Beynəlxalq Statistika Forumu çərçivəsindəMDB ölkələrinin Dövlətlərarası Statistika Komitəsinin sədriKonstantin Laykam jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, I forum Sankt-Peterburqda, ikincisi Daşkənddə vənəhayət üçüncüsü Bakıda baş tutur.
"Burada bir sıra məsələlər müzakirə olunacaq.
Bunların sırasında süni intellekt də olacaq. Statistikainsanların anlayacağı dildə izah olunmalıdır”,- o əlavə edib.