AZ

“Qızıl top”u aldı, anası ilə qucaqlaşıb ağladı - Təsirli VİDEO

Xəbər verdiyimiz kimi, bu mövsümün “Qızıl top” mükafatının sahibi PSJ-nin və Fransa millisinin vingeri Usman Dembele olub.

Sportinfo.az xəbər verir ki, o, mükafatı aldıqdan sonra tədbirdə kövrək anlar yaşanıb.

Belə ki, 28 yaşlı futbolçunun anası səhnəyə gələrək onunla qucaqlaşıb. Bu zaman onlar göz yaşlarını saxlaya bilməyiblər.

Həmin görüntüləri Çempionlar Liqasının rəsmi səhifəsi paylaşaraq bu sözləri yazıb: “Mother and son” (Ana və oğul).

2024/25 mövsümündə Dembele PSJ ilə birgə 5 mükafat qazanıb. O, Fransa çempionatının, ölkə kubokunun, Superkubokunun, Çempionlar Liqasının və UEFA Superkubokunun qalibi olub.

Sözügedən görüntüləri təqdim edirik:


Bizi Telegramda izləyin


Seçilən
18
1
sportinfo.az

8Mənbələr