AZ

Rusiya Qarabağ separatçılarının “xüsusi nümayəndəsi”ni AXTARIR

Sankt-Peterburqun Kronştadt Rayon Məhkəməsi “Rosreestr” və “Rosimuşçestvo” regional idarələrinin keçmiş əməkdaşı Boris Avaqyanı gömrükdən yayınma ittihamı ilə axtarışa verib. O, məhkəmə binasından qaçıb.

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Sankt-Peterburqun hüquq-mühafizə orqanlarındakı mənbə RBC-yə bildirib ki, Avaqyan hazırda Bolşoy prospektdəki Ermənistan konsulluğunda gizlənir. Yerli prokurorluq onun ekstradisiyasını tələb edir.

Avaqyan və daha bir neçə nəfərə qarşı iş 2024-cü ilin aprelindən məhkəmədədir. Ümumilikdə 21 nəfər təqsirləndirilir.

43 yaşlı Ermənistan vətəndaşı Avaqyan məhkəmədə fasilə zamanı yoxa çıxıb. O, mühafizəçilərdən siqaret çəkmək üçün icazə istəyib və sonra gözdən itib. Məlumata görə, Avaqyan Ermənistanın Sankt-Peterburqdakı konsulluğuna sığınıb, baxmayaraq ki, diplomatik nümayəndəlik özü bunu təsdiqləməyib.

Avaqyanın özü Faktİnfo-ya bildirib ki, Sankt-Peterburqdakı konsulluqdadır.

Baş Prokurorluq Avaqyan və daha bir neçə şəxsə qarşı ümumi məbləği 4,2 milyard rubldan çox olan gömrük rüsumlarını ödəməkdən yayınmaqda ittiham olunan cinayət işini Sankt-Peterburqun Kronştadt Rayon Məhkəməsinə göndərib.

Keçmiş məmur ilk dəfə 2016-cı ilin iyulunda Moskvada qaçaqmalçılıq ittihamı ilə saxlanılıb. O, ev dustaqlığına buraxılıb, lakin Ermənistana qaçıb və əsassız cinayət təqibindən Rusiya İstintaq Komitəsinə şikayət edib.

“Armİnfo”nun məlumatına görə, Avaqyan Ermənistanda qondarma “Dağlıq Qarabağ prezidentinin xüsusi nümayəndəsi” və “Qarabağ Daxili İşlər Nazirliyinin Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin direktor müavini” vəzifələrində çalışıb (sonuncu vəzifəni 2021-ci ilin aprelinə qədər tutub).

2018-ci ilin yayında Avaqyan Ermənistandakı siyasi karyerası ilə əlaqədar Rusiya vətəndaşlığından çıxmaq üçün müraciət edib.

Rusiyada o, Sankt-Peterburq ticarət limanı üçün gömrük broker firmasının baş direktoru olub. 2010-cu ildən Federal Əmlakın İdarə Edilməsi Agentliyinin Leninqrad vilayəti üzrə idarəsinin rəis müavini vəzifəsində çalışıb. O, 2014-cü ildən Sankt-Peterburq şəhərinin torpaqların istifadəsi və mühafizəsi üzrə baş dövlət müfəttişinin müavini, daha sonra isə dövlət torpaq nəzarəti idarəsinin (Dövlət Qeydiyyatı, Kadastr və Xəritəçəkmə üzrə Federal Xidmətin Sankt-Peterburq idarəsinin tərkibində) rəis müavini olub.

A.Qorxmaz

Seçilən
57
6
modern.az

10Mənbələr