AZ

Masallının bəzi ərazilərində elektrik enerjisi olmayacaq

Masallıda təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq.

"Azərişıq"dan "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, Masallı Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 24 sentyabr tarixində 35 kV-luq "Əminli" hava xəttində təmir işləri aparılacaq. Bununla əlaqədar olaraq saat 11:00-dan 13:00-dək şəhərin bir hissəsində, eləcə də rayonun Dəlləkli, Əminli, Ərəb, Hacıtəpə, Həsənli, Xallıcalı, Xırmandalı, Köcəkli, Kürdəbazlı, Qarğalıq, Qədirli, Məmmədxanlı, Şəhriyar, Təkdam kəndlərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Məlumata görə, təmir işləri başa çatdıqdan sonra sözügedən yaşayış məntəqələri daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Seçilən
42
14
operativmm.az

10Mənbələr