AZ

I Liqa: Lider autsayderə qarşı, Rahid Əmirquliyev sabiq komandası ilə üz-üzə

Azərbaycan I Liqasında 3-cü tur bu gün start götürəcək.

Fanat.Az xəbər verir ki, turun ilk günündə 3 matç baş tutacaq.

Lider "Şəfa" mövsümə uğursuz başlayan və çempionatın xal qazanmayan yeganə komandası olan "Cəbrayıl"ı sınağa çəkəcək. Daha bir iddialı komanda - Ramiz Məmmədovlu "Mingəçevir" "Difai"ni qonaq edəcək.

Şərikli lider "Səbail"i isə çətin oyun gözləyir. Elvin Məmmədovun baş məşqçisi olduğu "dənizçilər" doğma meydanda "Şahdağ Qusar"la üz-üzə gələcək. Bu görüş şimal təmsilçisinin prezidenti Rahid Əmirquliyev üçün xüsusi önəm daşıyır. Veteran futbolçunun Premyer Liqada son klubu məhz "Səbail" olub. O, 5 il Bakı klubunun uğurları üçün çalışıb.

Qeyd edək ki, turun qalan 2 oyunu (MOİK – “Zaqatala” və “Baku Sportinq” – “Şimal”) sabah keçiriləcək.

Azərbaycan 1-ci Liqası
3-cü tur 
24 sentyabr  

15:30. “Şəfa” – “Cəbrayıl”
Hakimlər: Rövşən Rəcəbov, Nurlan Əhmədzadə, Aydın Bəxşiyev, Şamil İmanzadə
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Namiq Əliyev
Binə. Qəsəbə stadionu. 

15:30. “Mingəçevir” – “Difai” 
Hakimlər: Emin Əliyev, Safalı Ağayev, Rəşad Quliyev, Vüqar Həsənli
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Elman Musayev
Mingəçevir. Yusif Məmmədzadə adına şəhər stadionunun ehtiyat meydançası.

18:00. “Səbail” – “Şahdağ Qusar”
Hakimlər: İslam Məmmədov, Rasim Axundov, Orxan İbişov, Ruslan Quliyev
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Elgiz Abbasov
Bayıl. “ASCO Arena”.

Seçilən
13
1
fanat.az

2Mənbələr