AZ

Ceyhun Bayramov BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində keçirilən görüşdə çıxış edib  

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində keçirilən Qlobal İnkişaf Təşəbbüsü üzrə Yüksək Səviyyəli Görüşdə çıxış edib.

AZƏRTAC xəbər verir ki, nazir çıxışında Azərbaycan ilə Çin arasında mövcud olan uzunmüddətli dostluq münasibətlərinin bu yaxınlarda hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini vurğulayıb və Azərbaycanın Çinin irəli sürdüyü Qlobal İnkişaf Təşəbbüsü, Qlobal Təhlükəsizlik Təşəbbüsü, Qlobal Sivilizasiya Təşəbbüsü və yeni elan edilmiş Qlobal İqlim Təşəbbüsünə dəstəyini bir daha ifadə edib.

Nazir qeyd edib ki, bu təşəbbüslər dünya miqyasında sülhün, sabitliyin və ortaq rifahın təşviqinə xidmət edir.

Ceyhun Bayramov, həmçinin Azərbaycanın regional əməkdaşlıqda etibarlı tərəfdaş olduğunu qeyd edərək, ölkəmizin Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri, xüsusilə də Çin və Mərkəzi Asiyanı Avropa ilə birləşdirən Orta Dəhliz kimi transformativ layihələr vasitəsilə sülhə, əlaqəliliyin artırılmasına və davamlı inkişafa verdiyi töhfələri diqqətə çatdırıb.

Seçilən
44
4
azerbaijan-news.az

5Mənbələr