AZ

“Mən Putinlə görüşməyə hazıram”- Zelenski

Ukrayna prezidenti Vladimir Zelenski, Rusiya prezidenti Vladimir Putinlə Qazaxıstanda görüşməyə hazır olduğunu bildirib. Vətəninfo.az xəbər verir ki, Zelenski, Fox News-a müsahibəsində qeyd edib ki, “Biz, bütün komandalarımız, məsələn, Qazaxıstanda görüşməyə hazırıq”.

O, həmçinin görüş üçün yer təklifi barədə danışıb və Rusiya prezidenti ilə görüşmək üçün Türkiyə, Səudiyyə Ərəbistanı, Qətər, Avstriya və İsveçrənin təklif olunduğunu qeyd edib.

Sentyabrın əvvəlində Ukraynanın xarici işlər naziri Andriy Sibiqa bəyan etmişdi ki, Zelenskinin Avstriya, Vatikan, Türkiyə, İsveçrə və üç körfəz ölkəsi də daxil olmaqla, danışıqlara ev sahibliyi etmək istəyini bildirən yeddi ölkədən birində Putinlə görüşə hazırdır.

Əvvəlcə Rusiya prezidenti Zelenskinin Moskvada qəbul olunmasına hazır olduğunu bildirmişdi, lakin Kiyev, dialoqun obyektivliyini və təhlükəsizliyini təmin etmək üçün neytral bir məkanda görüşün keçirilməsinə israr edir.

Seçilən
34
veteninfo.az

1Mənbələr