AZ

Müəllimləri daşıyan mikroavtobus aşdı – 10-dan çox yaralı var

Şəmkir-Gədəbəy avtomobili yolunun Gədəbəy rayon ərazisindən keçən hissəsində ağır yol qəzası baş verib.

Tribunainfo.az-ın məlumatına görə, minik avtomobili ilə toqquşan mikroavtobus idarəetmədən çıxaraq aşıb. Qəzada 10-dan çox insan müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlara hazırda Gədəbəy Rayon Mərkəzi Xəstəxanasında tibbi yardım göstərilir. Mikroavtobus müəllimləri Gəncədən Gədəbəyə işə aparırmış.

Fakt araşdırılır.

Seçilən
21
1
tribunainfo.az

2Mənbələr