AZ

Müəllimləri daşıyan avtobus qəzaya düşdü: 20 yaralı...

Şəmkir-Gədəbəy avtomobili yolunun Gədəbəy rayon ərazisindən keçən hissəsində mikroavtobusla minik avtomobili toqquşub.

Hurriyyet.az Report-a istinadən xəbər verir ki, nəticədə mikroavtobus idarəetmədən çıxaraq aşıb.

Rayonun Maarif kəndi ərazisində qeydə alınan yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alanların sayı 20 nəfərə yaxın olub. Onların Gəncədən Gədəbəyə gedən müəllimlər olduğu bildirilir. Marqarita pizza

Zərərçəkənlər Gədəbəy Mərkəzi Rayon xəstəxanasına çatdırılıb.

Xatırladaq ki, hadisə Gəncədən Gədəbəyə hərəkət edən mikroavtobusla minik avtomobilinin toqquşmasından sonra mikroavtobusun idarəetmədən çıxaraq aşıb.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
57
6
hurriyyet.az

10Mənbələr