AZ

Bundan sonra statistikaları da süni intellekt formalaşdıracaq

Beynəlxalq Statistika forumu Sankt-Peterburqda, ll forum Daşkənddə və 3-cü forum isə Bakıda baş tutur.

Bizim.Media xəbər verir ki, bunu MDB ölkələrinin Dövlətlərarası Statistika Komitəsinin sədri Konstantin Laykam Bakıda keçirilən lll Beynəlxalq Statistika Forumunda jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, 19 ölkənin iştirak etdiyi forumda bir sıra məsələlər müzakirə olunacaq:
 

"Biznesin, gündəlik həyatın rəqəmsallaşması nəticəsində nəhəng bir məlumat axını formalaşır. Bu məlumatların mövcud olması onların da statistika çərçivəsində istifadə olunmağına ehtiyac yaradır".


Sədr bildirib ki, süni intellekt sürətlə bizə yeni alternativ informasiya, yeni alternativ statistika formalaşdıracaq. Lakin bu, anlaşılan olmalıdır".

Günay Şahmar, Pərviz Allahverdiyev, Bizim.Media

Seçilən
39
1
bizim.media

2Mənbələr