AZ

Rusiyada məhkəmə zalından qaçan erməni məmurun konsulluqda meyiti tapıldı (YENİLƏNİB)

ain.az, Unikal.az portalına istinadən məlumat yayır.

Sankt-Peterburqda Regional Rosreestr və Rosimuşçestvo idarələrinin sabiq rəsmisi Boris Avakyan Ermənistan konsulluğunda ölü tapılıb. 

"Unikal" xəbər verir ki,  bu barədə Rusiyanın "Shot" teleqram kanalI məlumat dərc edib. 

"Qaçaq keçmiş məmur Boris Avakyan Ermənistanın Sankt-Peterburqdakı konsulluğunun binasında ölü tapılıb”, - məlumatda deyilir. 

Məlumata görə, məhkəmədən qaçıb və diplomatik missiyanın binasında gizlənib.

"Avakyan sanitar qovşaqda huşsuz vəziyyətdə tapılıb. Hadisə yerinə təcili yardım çağırılıb, lakin həkimlər yalnız "Rosreestr"in keçmiş rəsmisinin ölümünü təsdiqləyiblər. Onun intihar etdiyi bildirilir". 

****09:51

Kronştadt Rayon Məhkəməsi Sankt-Peterburqda Regional Rosreestr və Rosimuşçestvo idarələrinin sabiq rəsmisi Boris Avakyanı axtarışa verib.

"Unikal" Rusiya mətbuatına istinadən xəbər verir ki, o, gömrük ödənişlərindən yayınma işində təqsirləndirilir.

Məlumata görə, Avakyan məhkəmə zalından qaçaraq hazırda Vasilyevski adasında yerləşən Ermənistan konsulluğunda gizlənir.

Bildirilir ki, prokurorluq onun ekstradisiyasını tələb edir.

Avakyan və daha 20 nəfər barəsində işə 2024-cü ilin aprelindən baxılır. Həmin ilin avqust ayında o, Rusiya  Müdafiə Nazirliyi ilə müqavilə bağlamış, işi dayandırılmış və həbsdən azad edilmişdi. Lakin müqavilənin ləğvi və onun xüsusi hərbi əməliyyata göndərilməkdən yayınması səbəbilə iş yenidən bərpa olunub. Məhkəmə iclasında işin bərpası və barəsində həbs qətimkan tədbiri seçilməsi qərara alınıb. Hakimlər müşavirəyə gedən zaman isə Avaqyan məhkəmə binasından çıxaraq qaçıb.

Gülayə Mecid 

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
49
1
unikal.az

2Mənbələr