Perunun cənubunda 5,6 bal gücündə zəlzələ baş verib.
Bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.
Məlumata görə, yeraltı təkanların episentri 12 700 nəfər əhalisi olan San-Xuan şəhərindən 43 km cənub-şərqdə yerləşib. Zəlzələnin ocağı isə 40 km dərinlikdə olub.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.
"Cebheinfo.az"