AZ

Xadiməni və şagirdi döyən müəllim vəzifəsindən AZAD EDİLDİ

11 mart 2025-ci il tarixində Lənkəran rayonu M.Qarayev adına Zövlə kənd tam orta ümumtəhsil məktəbinin məktəbdənkənar və sinifdənxaric tərbiyə işləri üzrə təşkilatçısı Qurban Sadıqov tərəfindən şagirdə və kiçik xidmətedici işçisinə fiziki zorakılıq davranışı iddiası əsasında Lənkəran-Astara Regional Təhsil İdarəsi tərəfindən araşdırma aparılıb.

Bu barədə News24.az-ın sorğusuna cavab olaraq Lənkəran-Astara Regional Təhsil İdarəsindən məlumat verilib.

Qeyd olunub ki, təlim-tədris prosesi zamanı belə halların yolverilməzliyi nəzərə alınaraq, 17 aprel 2025-ci il tarixində məktəbin məktəbdənkənar və sinifdənxaric tərbiyə işləri üzrə təşkilatçısı Qurban Sadıqovla bağlanmış əmək müqaviləsinə xitam verilib.

Qeyd edək ki, təhsilverənlərin etik davranış qaydalarına əməl edilməsi, eyni zamanda şagirdlərin təhlükəsizliyi və psixoloji durumu daim diqqət mərkəzində saxlanılır, bu istiqamətdə zəruri maarifləndirmə işləri görülür.

Xatırladaq ki, Lənkəran rayonu Zövlə kənd tam orta ümumtəhsil məktəbində məktəbdənkənar və sinifdənxaric tərbiyə işləri üzrə təşkilatçısı Qurban Sadıqovun şagirdi və xadiməni döyməsi ilə bağlı sosial şəbəkələrdə görüntülər yayılmışdı.

Aqil Qarayev

Seçilən
107
22
news24.az

10Mənbələr