AZ

İlham Əliyev III Beynəlxalq Statistika Forumunun iştirakçılarına müraciət ünvanladı

Prezident İlham Əliyev Bakıda keçirilən III Beynəlxalq Statistika Forumunun iştirakçılarına müraciət ünvanlayıb.
 
Moderator.az xəbər verir ki, müraciəti Baş nazir Əli Əsədov oxuyub.
 
Müraciətdə Ümumdünya Statistika Günü ərəfəsində təşkil olunan bu tədbirin ölkənin beynəlxalq imicinin möhkəmlənməsi, statistika sahəsində qarşılıqlı əlaqələrin inkişafı, ikitərəfli və çoxtərəfli əməkdaşlığın genişlənməsi baxımından mühüm əhəmiyyət daşıdığı vurğulanıb.
 
Prezident forumun Azərbaycanın sosial-iqtisadi, mədəni və siyasi sahələrdə əldə etdiyi nailiyyətlərin nümayişi üçün vacib platforma olduğunu qeyd edib.
Seçilən
27
20
moderator.az

10Mənbələr