AZ

Ukrayna PUA ları yenidən “Qazprom”un Başqırdıstandakı müəssisəsinə hücum edib

Apa.az saytından alınan məlumata görə, ain.az bildirir.

Başqırdıstandakı iri neft emalı kompleksi “Qazprom Neft Kimya Salavat” müəssisəsi pilotsuz uçuş aparatlarının (PUA) hücumuna məruz qalıb.

APA xəbər verir ki, bu barədə RBK Başqırdıstan rəhbəri Radiy Xabirova istinadən məlumat yayıb.

Onun sözlərinə görə, hücum nəticəsində müəssisədə yanğın baş verib, yanğının söndürülməsi üzrə tədbirlər görülür. Bütün fövqəladə xidmətlər hadisə yerində işləyir.

“Zərərin dərəcəsini araşdırırıq. Yerində bütün operativ xidmətlər işləyir, yanğının söndürülməsi üçün tədbirlər görürük", - Xabirov bildirib.

Qeyd edək ki, bu, yuxarıda adıçəkilən müəssisəsinə ikinci hücumdur. Əvvəlki hücum 2025-ci ilin 18 sentyabr tarixində qeydə alınıb.

Qeyd edək ki, "Qazprom Neft Kimya Salavat" "Qazprom" qrupunun neft emalı, neft kimyası və mineral gübrə istehsalı sahəsində aparıcı müəssisələrindən biridir. Şirkətin strukturuna neft emalı zavodu, qaz-kimya zavodu və "Monomer" zavodu daxildir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
11
2
apa.az

3Mənbələr