AZ

"Uşaqlarım anasız qalmasın deyə mücadilə edirəm" - Xoşqədəm Hidayətqızı

"Onlar üçün çox darıxıram. Bunu izah edə bilmirəm. Yoxluqlarına öyrəşə bilmirəm".

 

Bu sözləri aparıcı Xoşqədəm Hidayətqızı verilişində deyib. Bir müddət əvvəl itirdiyi valideynlərindən danışan aparıcı kövrəlib:

 

"Dünən getdim onların məzarının üstünə. Dedilər ki, yaşlı qadın gəlmişdi. Bildim ki, rayondan bacım gəlib. 1 saat oturdum məzarlarının başında. Gördüm qardaşım övladları ilə gəlib. Dünyanın ən xoşbəxt insanı, həyat yoldaşı, övladların ola bilər. Amma ana yoxdursa, sizin heç nəyiniz yoxdur. Həyatda mənim üçün ən maraqlı şeylərin marağı qalmayıb. Məni həyatda tutan iki körpə uşağımdır. Anasız qalmasınlar deyə, mücadilə aparıram. Böyük oğlum artıq böyükdür.

 

Ata və ananın qədrini bilin. Onları itirəndən sonra peşman olacaqsınız. Hər həftə saatlarla onların məzarı başında otururam".  (Axşam.az)

Tarix: 24 Sentyabr 2025, 10:45   
Seçilən
30
7
pravda.az

9Mənbələr