AZ

Masazırın nəqliyyat dərdi: Yeganə marşrut xəttinin avtobusları dayanacaqda saxlamır

Baku.ws saytına istinadən ain.az xəbər verir.

Abşeron rayonunun ən böyük yaşayış məntəqələrindən biri olan Masazır qəsəbəsində ictimai nəqliyyat problemi var.

Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub.

Bildirilib ki, əhalinin çox olmasına baxmayaraq, qəsəbədən şəhərə hərəkət edən cəmi bir avtobus xətti - 525 saylı marşrut fəaliyyət göstərir.

525 nömrəli marşrut Metronun "Memar Əcəmi" stansiyası ilə Masazırdakı Zəngilan şəhərciyi arasında hərəkət edir. Lakin sakinlər bildirir ki, bu xətt tələbatı qarşılamır. Avtobuslar bəzi dayanacaqlarda ümumiyyətlə saxlamır, bu isə nəqliyyatdan istifadəni daha da çətinləşdirir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
9
baku.ws

1Mənbələr