Rusiyanın axtarışa verdiyi qondarma “Dağlıq Qarabağ prezidentinin keçmiş xüsusi nümayəndəsi” Boris Avakyan Ermənistanın Sankt-Peterburqdakı konsulluğunun ayaqyolunda intihar edib.
Modern.az xəbər verir ki, bu barədə Ermənistan KİV-inin məlumatında bildirilib.
Məlumata görə, Avakyan özünü ayaqyolundan kəndirlə asıb. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları qapını zorla açıb və onun cansız cəsədini aşkar ediblər.