AZ

Rusiya İrana bu silahları verib

Rusiya, İranın müdafiə potensialını gücləndirmək məqsədilə MiQ-29 qırıcıları və S-400 zenit-raket kompleksləri tədarük edib. Vətəninfo.az xəbər verir ki, bu barədə İran Parlamentinin Milli Təhlükəsizlik Komitəsinin üzvü Əbülfəzl Zöhrəvənd məlumat verib.

Zöhrəvəndin sözlərinə görə, MiQ-29 qırıcıları artıq İrana çatıb, eyni zamanda Su-35 qırıcılarının da yolda olduğu bildirilir. O, əlavə edib ki, Çin tərəfindən təmin edilən HQ-9 zenit-raket kompleksləri də İranın müdafiə arsenalına daxil olmaq üzrədir.

“Hazırda beynəlxalq vəziyyət İranın müdafiə gücünün artırılmasını zəruri edir. Xarici düşmənlər yalnız güc dilini başa düşürlər, buna görə də İran istənilən inkişafa hazır olmalıdır”, – deyə Zöhrəvənd bildirib.

Onun sözlərinə görə, S-400 zenit-raket kompleksləri artıq İrana çatıb və bu da ölkənin hava hücumlarından müdafiə qabiliyyətini daha da gücləndirəcək.

Seçilən
24
veteninfo.az

1Mənbələr