AZ

Emin Əmrullayev: Tələbə mübadiləsinin artırılması kiçik ölkələrə müsbət təsir edəcək

ain.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Dünyanın nüfuzlu universitetlərində oxuyan tələbələrimizin sayı olduqca çoxdur. Ölkəmizdə universitet məzunlarının sayı, demək olar ki, maksimum səviyyədədir".

Oxu.Az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Bakıda keçirilən "THE Avrasiya Universitetləri Sammiti"nin açılış mərasimində çıxışı zamanı deyib.

Nazirin sözlərinə görə, xaricdə təhsil almaq üçün müraciət edən azərbaycanlı tələbələrin sayı artıb:

"Bir sıra sosial araşdırmalar göstərir ki, tələbələrimizin çoxu xaricə getmək istəyir. Bu baxımdan, tələbə mübadiləsi artırılmalıdır. Tələbə mübadiləsinin artırılması kiçik ölkələrə müsbət təsir edəcək,

Biz bu mübadilə zamanı ölkədən gedən və qayıdan tələbələrin sayında balansı gözləməliyik. Keyfiyyətə daha çox diqqət yetirilməlidir, çünki burada kəmiyyət o qədər böyük əhəmiyyət kəsb etmir".

Aygün Mirakif

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
13
oxu.az

1Mənbələr