
ABŞ prezidenti Donald Tramp Fransa lideri Emmanuel Makronla görüşdən sonra keçirdiyi mətbuat konfransında deyib ki, NATO və Avropanın sərhədlərini pozan Rusiya təyyarələri vurulmalıdır.
Reyting.az-ın xəbərinə görə, jurnalist “Rusiya təyyarələri NATO ölkələrinin sərhədlərinə girərsə, vurulmalıdırmı?”-sualına Tramp “Bəli, vurulmalıdır”- cavabını verib.
Bir neçə saat sonra sərhədləri Rusiya təyyarələri tərəfindən dəfələrlə pozulan Polşanın baş naziri Donald Tusk Trampın cavabına istinad edərək, “Anlaşıldı”,- deyə tvit paylaşıb.
V. QULİYEV