AZ

Rza Talıbov Gürcüstandakı otelini geri qaytarıb ÖZÜ DEYİR Kİ...

ain.az bildirir, Gununsesi portalına istinadən.

Naxçıvan Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun oğlu Rza Talıbov Gürcüstandakı lüks oteli yenidən əldə edib. Həmin oteli o, 2023-cü ildə atasının Naxçıvandakı repressiv idarəçiliyinə təzyiqlər vaxtı satmışdı.

O zaman V.Talıbov 30 ilə yaxın vəzifədə qalandan sonra istefa verib, Naxçıvan rəhbərliyi dəyişib. R.Talıbov isə “Divan Suites” adlı oteli 2023-cü ilin yanvarında satıb, üstündən iki ildən çox keçəndən sonra qaytarıb. Bu haqda jurnalistlərin korrupsiya araşdırmaları layihəsi olan OCCRP yazır.

R.Talıbov bu ilin mayında Batumidəki oteli geri almaqdan ötrü 8.6 milyon dollar ödəməyə razılaşıb. Bunu səhm alqı-satqı sənədində görmək olar.

730 min dollara torpaq sahəsi də alıb.

OCCRP 43 yaşlı R.Talıbovun hazırda Bakıda miqrasiya rəsmisi kimi yüksək vəzifədə olduğunu yazır. Jurnalistlər onun Gürcüstan sahilində daşınmaz əmlaklarını daha da genişləndirdiyini də üzə çıxarıblar.

R.Talıbov e-mail-lə suallara cavabında yazıb ki, otel və sahilyanı əmlak Gürcüstan və Azərbaycan banklarından götürülmüş kreditlər hesabına maliyyələşib. Dediyinə görə, iki il öncəki satış və otelin yenidən alınması “aktivlərin və investisiyanın digər potensial hədəflərə yönəldilməsi” strategiyası olub.

Hazırda otel “London 1889” brendi ilə fəaliyyət göstərir. R.Talıbov bu əmlakı “London 1889″un sahibi “B-Pearl Turizm” MMC-nin 100 faiz səhm paketini almaqla əldə edib. O, daha sonra bu şirkət vasitəsi daha çox daşınmaz əmlak alıb. İyulda şirkət Batuminin kənarında yerləşən sahilyanı Maxincauri qəsəbəsində 2 min 82 kvadratmetrlik torpaq sahəsini 730 min dollara alıb.

OCCRP yazır ki, bu alış R.Talıbovun Gürcüstanda daşınmaz əmlak biznesinə qayıtdığını göstərir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
37
icma.az

1Mənbələr