AZ

“Səssiz anlaşma: Təhlükəsiz hərəkət” layihəsinin yekun ictimai müzakirəsi keçirilir

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım” İctimai Birliyi tərəfindən həyata keçirilən “Səssiz anlaşma: Təhlükəsiz hərəkət” layihəsinin yekun ictimai müzakirəsi təşkil olunub.

QHT.az xəbər verir ki, tədbir Dövlət Himninin işarət dilində təqdimatı və şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Daha sonra layihə rəhbəri, İctimai Birliyin sədri Cəmilə Abdulova layihə barədə ətraflı məlumat verib.

Tədbirdə yol hərəkəti təhlükəsizliyi və vətəndaşların maarifləndirilməsi məqsədilə surdo videolar nümayiş etdirilib. “Konstitusiya və Suverenlik ili” çərçivəsində hazırlanan işarət dilində video da izləyicilərə təqdim olunub.

İştirakçılar arasında geniş müzakirələr aparılıb, maarifləndirici videolar nümayiş etdirilib.

Seçilən
73
qht.az

1Mənbələr