AZ

Rusiya bayramqabağı bu ölkəyə hücum planlaşdırır – Məlumat sızdırıldı

Böyük Britaniya mətbuatı Rusiyanın Milad öncəsi Polşaya məhdud hücum planlaşdırdığını iddia edib.

Yenisabah.az xəbər verir ki, məlumat yüksək rütbəli rusiyalı hərbçidən “Ekspress” qəzetinə sızdırılıb və məsələ ilə bağlı London və Vaşinqtonda təcili görüşlər keçirilib.

Kremlin məqsədinin NATO-nun reaksiyasını ölçmək və Avropada siyasi sabitliyi pozmaq olduğu bildirilir. Elə bu xəbərin mediaya sızması informasiya müharibəsinin bir elementi ola bilər. Bunun Kremlin strategiyası, yaxud Qərbin məqsədli şəkildə ifşa etdiyi ssenari olması mümkündür. Amma fakt odur ki, məsələ artıq beynəlxalq gündəliyin əsas mövzularından birinə çevrilib və qlobal müstəvidə reaksiyalar doğurub. Marqarita pizza

Polşanın Baş naziri Donald Tusk ölkəsinin II Dünya müharibəsindən bəri ən ciddi təhlükə ilə üz-üzə qaldığını açıqlayıb. O bildirib ki, Polşa hava məkanını pozan istənilən obyekti vuracaq. Böyük Britaniyanın xarici işlər naziri İved Kuper də Varşavaya dəstək verib. İngilis diplomat sərt dildə xəbərdarlıq edərək bildirib ki, London və NATO müttəfiqləri lazım gələrsə, Avropa hava məkanında Rusiya təyyarələrinə qarşı dayanacaq.

Nəzərə alsaq ki, son günlər Rusiya pilotsuz uçuş aparatları Polşa və Rumıniyanın hava məkanını pozub, o zaman Varşavaya hücum iddiaları və verilən kəskin reaksiyalar əsassız görünmür. Üstəlik, Polşa Ukraynaya dəstəyin ən böyük təşəbbüskarlarından biridir. Deməli, Kreml məhz bu ölkəni hədəf seçməklə həm strateji, həm də psixoloji mesaj vermək istəyir.

Politoloq Tomas Vitinqton deyir ki, bayram dövrünün seçilməsi də təsadüfi deyil:

“Həmin ərəfədə Qərb ictimaiyyətinin diqqəti yayılır, siyasi aparatlardakı iş rejimi zəifləyir, informasiya xaosu yaranır. Məhdud hücum isə dörd əsas formada ola bilər:

dron hücumları (kiçik partlayıcı dronlarla Polşa sərhədində obyektlərin vurulması ən real ssenari sayılır),

sərhəd pozuntusu (naməlum mənşəli pilotsuz aparatların hava məkanına daxil olması),

kiber hücumlar,

dezinformasiya kampaniyaları.

Bu addımlar klassik müharibə elementləri olmasa da, təhlükəsizlik mühitini kəskin gərginləşdirə bilər. Ən böyük risk isə yanlış hesablamadır. Polşa ordusu naməlum obyektləri vurduqda Moskva bunu genişmiqyaslı eskalasiya üçün bəhanəyə çevirə bilər. Əgər Qərb birlik və sürətli reaksiya nümayiş etdirsə, Kremlin bu addımı riskli və mənasız olar. Amma koordinasiyada boşluq olarsa, Moskva daha da irəli gedə bilər”.

Aytac Əliyeva


Telegram kanalımız
Seçilən
9
yenisabah.az

1Mənbələr