Çin hakimiyyəti ABŞ prezidenti Donald Trampın Rusiyadan beynəlxalq neft alışına mane olmaq cəhdlərinə cavab olaraq ölkənin qanuni maraqlarını qoruyacaq.
“İki sahil” TASS-a istinadla xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Quo Jiakun bildirib.
"Çin bütün lazımi tədbirləri görəcək. Biz qanuni hüquq və maraqlarımızı qətiyyətlə müdafiə edəcəyik", - o, Ağ Evin Çin və digər ölkələrin Rusiyadan neft almasını dayandırmaq çağırışlarını şərh edərkən vurğulayıb.