AZ

“Tramp səbrlidir, amma…” – Rubio Kremlə xəbərdarlıq etdi

ABŞ dövlət katibi Marko Rubio, BMT Təhlükəsizlik Şurasının Ukrayna ilə bağlı iclasında bəyan edib ki, ABŞ prezidenti Donald Tramp Ukraynaya hücum silahları satmaq variantını özündə saxlayır. Rubio bildirib ki, Tramp, Ukraynanın hücumdan müdafiə oluna bilməsi üçün həm müdafiə, həm də hücum silahları satma qabiliyyətinə malikdir.

“Prezident Tramp bəzi hallarda olduğu kimi, Ukraynanın müdafiə oluna bilməsi üçün həm müdafiə, həm də hücum silahları satmaq variantını saxlayır,” – Rubio qeyd edib.

Bundan əlavə, ABŞ-ın baş diplomatı Trampın Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsi variantını da özündə saxladığını vurğulayıb: “Prezidentin dəfələrlə bəyan etdiyi kimi, Rusiyaya əlavə iqtisadi xərclər tətbiq etmək və lazım gələrsə, onu [Ukraynadakı müharibəni] dayandırmaq imkanı və variantları var.”

Rubio, Trampın Ukraynada sülhə sadiq olduğunu və səbr nümayiş etdirdiyini, lakin onun səbri hədsiz olmadığını da əlavə edib: “Prezident çox səbirli insandır. O, sülhə çox sadiqdir, lakin onun səbri hədsiz deyil.”

ABŞ dövlət katibi, Trampın “tərəqqi ümidi ilə əlavə sanksiyalar tətbiq etməməkdə diqqətəlayiq səbir nümayiş etdirdiyini” vurğulayıb. Həmçinin Rubio bildirib ki, ABŞ daha böyük eskalasiyaya səbəb ola biləcək bir dövrə daxil olub.

Rubio, münaqişənin hərbi yolla deyil, danışıqlar yolu ilə həll olunacağına ümid etdiyini ifadə edib: “Türkiyədə, Səudiyyə Ərəbistanında, Alyaskada görüşlərimiz oldu, saysız-hesabsız telefon danışıqlarımız oldu. Biz hərbi yolla son qoyulması mümkün olmayan bu münaqişənin həlli və sona çatması üçün mümkün olan hər şeyi etdik. Bu, danışıqlar masası arxasında yekunlaşacaq.”

Seçilən
3
veteninfo.az

1Mənbələr