AZ

BMT də gərgin anlar Tramp və Makron mübahisə etdi VİDEO

Milli.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Fransa prezidenti Emmanuel Makron və ABŞ prezidenti Donald Tramp BMT Baş Assambleyası çərçivəsində keçirilən görüş zamanı Fələstinin tanınması məsələsi ilə bağlı mübahisə ediblər.

Milli.Az xarici mediaya istinadla xəbər verir ki, Makron Qəzzada hərbi vasitələrin nəticəsiz qaldığını vurğulayaraq bildirib:

"Bizim də siyasi perspektivə ehtiyacımız var və buna görə də bunu tanımağa qərar verdik."

Tramp isə Makronla əməkdaşlığını qeyd edib və bildirib ki, onlar yeddi müharibəni həll etməyə çalışıblar, ən böyük problemlərdən biri isə Ukrayna-Rusiya məsələsidir.

Fələstinin tanınmasını HƏMAS üçün mükafat kimi qiymətləndirdiyi barədə sualı cavablandıran Tramp deyib:

"Bu, HƏMAS-ı şərəfləndirər və siz bunu edə bilməzsiniz. Edə biləcəyiniz tək şey: girovları geri istəyirik, müharibənin bitməsini istəyirik".

Makron isə 7 oktyabrda Fransa vətəndaşlarının da həyatını itirdiyini xatırladaraq əlavə edib:

"İki illik müharibədən sonra nəticə necə oldu? Həmasın yüksək səviyyəli liderlərini öldürdülər. Bu, irəliyə doğru yol deyil. Prosesi hərtərəfli davam etdirməliyik - məhkumlar, atəşkəs, humanitar yardım və Qəzza ərazisinin sabitləşməsi üçün siyasi perspektiv vacibdir" .

Tramp isə İsrailin tərəfində olduğunu qeyd edərək bildirib ki, məqsəd hər kəs üçün yaxşı həll tapmaqdır:

"Amma dayanmağın vaxtıdır. Çox vacib görüşümüz var və bir saat sonra keçirəcəyimiz görüş ən mühüm görüşlərdən biri olacaq" .

Fidan

Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
9
3
news.milli.az

5Mənbələr