AZ

Qadınların ən çox bəyəndiyi kişi ətirlərini açıqlandı

Azpost portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Kişi ətirini düzgün seçmək ilk təəssürata və insanın cəmiyyətdə necə qəbul olunmasına ciddi təsir göstərir. AzPost xəbər verir ki, parfümeriya üzrə ekspert Yekaterina Sioridya “KP.ru”-ya açıqlamasında qadınların hansı ətir notlarını daha cazibədar hesab etdiyini izah edib.

Mütəxəssisin sözlərinə görə, hər bir insanın zövqü fərqli olsa da, bəzi kombinasiyalar qadınlarda müəyyən assosiasiyalar yaradır. Xüsusilə, dəri və ambra notları lüks, varlılıq və kişinin səxavəti ilə əlaqələndirilir.

Bundan başqa, təzə və yaşıl çalarlar hərəkətlilik, idmançılıq və gənclik təsiri bağışlayır. Əksinə, ağac əsaslı ətirlər kişilərdə tarazlıq, etibarlılıq və daxili güc hissini ön plana çıxarır.

Ekspert həmçinin orijinal ətirlə saxtanı ayırd etməyin vacibliyini vurğulayıb. Onun sözlərinə görə, qiymət brendin təqdim etdiyi səviyyəyə uyğun olmalı, qablaşdırma zədəsiz, flakon isə keyfiyyətli materialdan hazırlanmalıdır. Ən yaxşı seçim isə parfümü etibarlı mağazalardan almaqdır, çünki bu halda saxta məhsul əldə etmək riski minimuma enir.

AzPost.az

Paylaş

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
21
1
azpost.info

2Mənbələr