AZ

Rüstəm: “Daha yaxşı oynamalıyam”

ain.az bildirir, futbolpress-az portalına istinadən.

“Sumqayıt” Premyer Liqanın V turunda “Neftçi”yə məğlub olub – 0:2. Bölgə təmsilçisinin futbolçusu Rüstəm Əhmədzadə “Futbolpress.az“a açıqlamasında nəticəni dəyərləndirdi:

“Çox söz danışmaq olmur. Məğlubiyyət üzücüdür. Uduzduğumuz üçün təəssüflənirik. Lakin rəqibi də ilk qələbə münasibətilə təbrik etməliyik. Məğlubiyyətdən sonra daha güclü və yaxşı olacağıq. “Neftçi”yə qarşı epizodlarımız var idi, amma qol vura bilmədik. Onlar fərqlənənə qədər bərabər oyun getdi”.

“Sumqayıt” son üç oyunda bir qələbə qazanıb, o da “İmişli”yə texniki məğlubiyyət verilməsinə görə. Əhmədzadə uğursuz seriyaya son qoymaq istədiklərini bildirdi:

“Futbolda hər şey mümkündür. Son turları təhlil etməliyik. Düşünmək və toparlanmaq üçün kifayət qədər səbəbimiz var. Uğursuz seriyaya son qoymaq istəyirik. Yavaş-yavaş formaya düşürəm, lakin kifayət deyil. Daha yaxşı oynamalıyam. Bunun üçün çalışıram və istənilən rəqabətə hazıram”.

Rüstəm Premyer Liqanın VI turunun “Sabah”la oyunundan da danışdı:

“Sabah” axşı komandadır. Maraqlı və baxımlı oyun olacaq. Matç üçün səbirsizlənirəm. Qələbə üçün əlimizdən gələni edəcəyik”.

Şahin Cəfərov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
10
futbolpress.az

1Mənbələr