AZ

Yepiskop Aleksiy: Vətən müharibəsində müxtəlif dinlərin nümayəndələri çiyin-çiyinə vuruşdular

BAKI, 24 sentyabr. TELEQRAF

"Vətən müharibəsində müxtəlif dinlərin nümayəndələri çiyin-çiyinə vuruşdular".

Teleqraf xəbər verir ki, bunu Bakı və Azərbaycan Yeparxiyasının yepiskopu Aleksiy Qafqaz Müsəlmanları İdarəsi və Azərbaycandakı Dini Konfessiyalar Anım Gününün 5-ci ildönümünə həsr olunmuş iclasda çıxış edib.

O qeyd edib ki, Vətən müharibəsi zamanı pravoslav xristianlar da müsəlman və yəhudi icmasının üzvləri ilə birlikdə doğma yurdun müdafiəsi uğrunda səsini ucaldıb:

“Birinci Qarabağ müharibəsində bir çox rus vətəndaşı döyüşüb. Onların sırasında Azərbaycanın Milli Qəhrəmanları Yuri Kovalev və İqor Makeyev də var. İkinci Qarabağ müharibəsində isə Denis Pronin və Dmitri Solntsev həlak olublar. Biz onların xatirəsini daim əziz tutacaq, ruhlarının şad olması üçün dua edəcəyik. Lakin eyni zamanda, qələbə ilə Vətənə qayıdan, müxtəlif millətlərdən olan insanları da unutmamalıyıq. Onların bir çoxu yaralanaraq uzun müddət müalicə alıb və sonra normal həyata dönə biliblər. Mən şəxsən onlarla görüşmüşəm”.

Yepiskop Aleksiy əlavə edib ki, Vətən müharibəsində əldə olunan qələbə Azərbaycanın həyatında mühüm rol oynayıb:

“Bu zəfər bizə itirilmiş əraziləri geri qaytarmağa, təhlükəsizliyi təmin etməyə, regionlarda iqtisadi inkişafın əsasını qoymağa imkan verdi. Dövlətimiz infrastrukturun bərpası, yeni yolların, məktəblərin, xəstəxanaların tikintisi istiqamətində geniş proqram həyata keçirir. Artıq işğaldan azad edilən rayonların sakinləri evlərinə dönərək yeni həyata başlayıblar. Bundan başqa, qələbə Azərbaycanın beynəlxalq nüfuzunu gücləndirib və ölkəmizin xarici təhdidlər qarşısında öz ərazisini və əhalisini müdafiə etmək gücünü göstərib”.- deyə o qeyd edib.

Seçilən
16
teleqraf.com

1Mənbələr