AZ

Yerin orbitində sirli obyekt: 60 ildir görünmədən fırlanır

Müəllif: Gülnar Əhmədli, Banco.az

Amerika Astronomiya Cəmiyyətinin Tədqiqat Qeydləri jurnalında dərc edilən araşdırmaya görə, 2025 PN7 adlı kiçik asteroid Günəş ətrafında fırlanır, eyni zamanda uzun müddətdir ki, Yerə yaxın orbitini saxlayır.

Banco.az xəbər verir ki, təxminən 19-30 metr diametrə malik olduğu təxmin edilən asteroid məlum olan ən kiçik "yarım ay" olma xüsusiyyətini daşıyır.

Tədqiqata rəhbərlik edən astronom Carlos de la Fuente Marcos bildirib ki, Günəş sistemi bizi təəccübləndirməyə davam edir.

Asteroid Yerə yalnız 300.000 kilometr (Ayın orbitinin yarısından bir qədər çox) yaxın məsafədə yaxınlaşa bilər. Bu məsafə və kiçik ölçüsünə görə 2025 PN7 60 ildir səmada görünmür və planetimizə yaxınlaşdıqda yalnız teleskoplarla görünür.

Tədqiqatçılar obyektin böyük ehtimalla Asteroid qurşağından qoparaq Yerə yaxınlaşdığını düşünürlər. 2025 PN7 Yerə bənzər orbitləri ilə tanınan Arjuna asteroidlər ailəsinə aiddir.

Alimlərin fikrincə, bu kiçik göy cismi Yer ətrafında təxminən 60 il qalacaq.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Seçilən
19
banco.az

1Mənbələr