AZ

Təranə Səmədovanın məhkəməsi qəfil dayandırıldı KONKRET

ain.az, Konkret.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Xəbər verdiyimiz kimi, prodüser Təranə Səmədovanın məhkəməsi təxirə salınıb. Prosesin təxirə salınmasına səbəb isə Ali Məhkəmədə bu işi aparan hakim Tahir Kazımovun fəaliyyət yaşının tamam olması və prosesə bir gün qalmış təqaüdə göndərilməsidir. Bu səbəbdən iş başqa hakimə həvalə olunacaq və məhkəmə prosesi yenidən keçiriləcək.

KONKRET.az xəbər verir ki, məsələ ilə bağlı yenisabah.az-a açıqlama verən vəkil Emil Aslan bildirib ki, hakim təqaüdə göndərildikdə proses yeni hakimə ötürülür:

“İşi aparan hakim təqaüdə göndərilirsə, prosesi davam etdirmək üçün yeni hakim təyin olunur. İşi icra edəcək hakim də gedişata uyğun olaraq, prosesi yenidən başlaya və ya harada yarımçıq qalıbsa, oradan da davam edə bilər. Yeni təyin olunan hakim eyni zamanda icraatında olan işlərin çoxluğunu əsas gətirərək, məhkəmədən möhlət istəyib, prosesi uzatmaq hüququna malikdir”.

Vəkil əlavə edib ki, eyni hüquqlar vəkillərə də aiddir:

“Eyni zamanda işi aparan vəkil də öz istəyi və ərizəsi ilə təqaüdə çıxdığı halda onun yerinə təyin olunan yeni vəkil də proseslə bağlı möhlət əldə edə bilər. Hakim dövlət tərəfindən təqaüdə göndərilə bilər, amma vəkillərin təqaüd yaşı yoxdur. Onlar yalnız öz istəklərinə uyğun olaraq fəaliyyətlərini dayandırmaq hüququna malikdirlər. Əgər həmin vəkil dövlət tərəfindən təyin olunubsa, həmin şəxsi yenisi ilə əvəzləmək mümkündür. Burada da vəkil 1 gün ərzində proseslə tanış ola bilməyəcəyi üçün ərizə yazaraq, prosesi uzada bilər”.

Onun sözlərinə görə, yeni təyin olunan vəkil və ya hakim iş materialları ilə tanış olaraq prosesi davam etdirmək imkanına sahibdir:

“Təyin olunan yeni vəkil də, uzadılmış vaxt ərzində proseslə tanış ola və işin gedişat mərhələsini öyrənə bilər. Eyni zamanda yeni vəkil, köhnə vəkilin faktları ilə tanış olub, iş prosesində həmin faktlara istinad etmək imkanına sahibdir. Prosesi sıfırdan başlayıb öz işini qurmaq hüququ da var. Hazırda məhkəmələrdə bütün proses video və səs yazısı vasitəsilə aparılır. Hakim bütün bu faktlar və məhkəməyə təqdim olunan sübutlarla tanış ola bilər. Qısa desək, vəkilin və ya hakimin işin bitməsinə neçə gün qalırsa, qalsın, təqaüdə çıxmalarında hər hansı bir qanun pozuntusu yoxdur”.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
13
3
konkret.az

4Mənbələr