AZ

Portuqaliya bu il Azərbaycandan 385 milyon dollarlıq neft alıb

Azərbaycandan bu ilin yanvar-avqust aylarında Portuqaliyaya 714 min 269 ton neft ixrac edilib.

FED.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, Portuqaliyaya ixrac edilmiş neftin dəyəri isə 385,1 milyon dollar olub.

Son bir il ərzində ixracın həcmində 22,9 min ton (3,3%) artım, dəyərində isə 52,5 milyon dollar (12,0%) azalma baş verib.

Qeyd edək ki, 2024-cü ilin yanvar-avqust ayında isə Azərbaycan Portuqaliyaya 437,6 milyon dollar dəyərində 691 min 401 ton neft ixrac etmişdi.

Bu ilin yanvar-avqust aylarının nəticələrinə görə Portuqaliyaya ixrac edilmiş neftin orta hesabla 1 tonunun dəyəri 916 manat olub ki, bu da 2024-cü ilin müvafiq göstəricisinə görə 160 manat (14,9%) azdır. Ötən ilin müvafiq dövründə bu göstərici 1076 manata bərabər olub.

Xam neftin ixrac olunduğu ölkələrin siyahısında Portuqaliya 2025-ci ildə 6-cı, 2024-cü ildə isə 6-cı yerdə olub.

Seçilən
5
fed.az

1Mənbələr