Qadınlardan ibarət Azərbaycan millisinin müdafiəçisi Fidan Cəfərova karyerasını Türkiyədə davam etdirəcək.
QOL.az xəbər verir ki, o, "Hakkarigücü" ilə 1 illik müqavilə imzalayıb. Bu barədə klubunun mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, Fidan Cəfərovanın son klubu "Neftçi" olub.