AZ

Dünyanın ən böyük aviaşirkətlərindən biri reyslərinin sayını azaldır

Almaniyanın ən böyük aviaşirkətlərindən biri ölkədə aviareyslərin sayını azalda bilər. AzPost xəbər verir ki, Lufthansa Group-un baş direktoru Yens Ritter uçuşların rentabelliyinin aşağı düşdüyünü və bunun nəticəsində bəzi istiqamətlərdə reyslərin ixtisar olunacağını bildirib.

Ritterin sözlərinə görə, dəyişikliklər əsasən Köln, Drezden, Leypsiq, Ştutqart, Nürnberq, Bremen və digər şəhərlərin hava limanlarını əhatə edə bilər. O vurğulayıb ki, iqtisadi baxımdan səmərə verməyən marşrutlar bağlana, təyyarələr isə daha gəlirli istiqamətlərə yönləndirilə bilər.

Aviaşirkət rəhbəri həmçinin Almaniya hökumətinin 2026-cı il dövlət büdcəsində aviasiya sektoruna heç bir maliyyə dəstəyi ayırmamasını tənqid edib. Ritter bu qərarı “məyusedici” adlandıraraq, çətinliklərin şirkətin fəaliyyətinə birbaşa təsir göstərə biləcəyini qeyd edib.

AzPost.az

Seçilən
59
1
azpost.info

2Mənbələr